17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ordunun inkişafı döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika və silahlarla təminatla yanaşı, xalq-ordu birliyinin də güclü olmasından asılıdır. Xalq-ordu birliyinin gücləndirilməsinə daim diqqətlə yanaşan ümummilli lideri­miz Heydər Əliyev demişdir: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”.
Əsası ulu öndərimiz tərəfindən qoyulan xalq-ordu birliyi ənənəsi bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Xidməti vəzifələrini layiqincə yerinə yetirmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılan hərbçilərimiz eyni zamanda xalqın diqqət və qayğısı əhatəsindədirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xalqla ordunun birliyinin ölkənin möhkəmlənməsində önəmli şərtlərdən biri olduğunu önə çəkərək demişdir: “Ordumuz günü-gündən güclənir, inkişaf edir, ölkəmizdə sabitlik, əmin-amanlıq möhkəmlənir. Bütün bunlar imkan verir ki, biz də muxtar respublika iqtisadiyyatını gücləndirək, ordu quruculuğuna diqqəti artıraq və torpaqlarımızın qorunmasında fəal iştirak edək. Bunun üçün isə hər bir vətəndaş özünə, öz vicdanına hesabat verməlidir: Mən ordu üçün nə etmişəm? Əgər hər bir vətəndaşımız orduda xidmət edən əsgəri düşünürsə, orduda xidmət edən əsgərlərimiz isə vətəndaşlarımızı düşünürsə, bu, əsl həmrəylikdir”.

Hər il olduğu kimi, bu il də muxtar respublikanın nazirlik, komitə, agentlik, idarə, müəssisə və təşkilatlarının kollektivləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissələrə gedir, onlara bayram sovqatları aparır, şəxsi heyətlə görüşlər keçirirlər. 
Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, Dövlət Energetika Agentliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Həmkarlar İttifaqları Şurasının, Dövlət Sosial Müdafiə Fondunun, Kapital Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, Hərbi Prokurorluğun, “Naxçıvanqaz” İstehsalat Birliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər təşkilatların nümayəndələri bayram sovqatları ilə hərbi hissələrdə olublar.
Əsgər və zabitlərlə görüşlərdə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti artırılır, etibarlı müdafiənin təşkili üçün müasir texniki imkanlar yaradılır. Göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün muxtar respublikamızda bütün hərbi hissələrdə – dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən tabor mərkəzlərində, bölük və tağım dayaq məntəqələrində yüksək səviyyədə xidmət təşkil edilib. Ordumuzu daha qüvvətli edən amillərdən biri də xalq-ordu birliyinin təmin olunmasıdır. Bu birlik xalq tərəfindən orduya verilən yüksək mənəvi dəstəkdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283715
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2200
3444
21484
68361
3283715

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter