04 Aprel 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir.

Yanvarın 14-dən start verilən bu layihəyə 40-a yaxın həvəskar ofisiant qatılıb və onlara bir sıra mövzularda təlimlər keçilib. Növbəti təlim isə Naxçıvan şəhərindəki “Təbriz Otel”də praktiki məşğələnin öyrənilməsi məqsədilə təşkil olunub. Təlimdə iştirakçılara əyani olaraq servisetmə və qonaqlarla davranış qaydaları izah edilib.

Keçirilən təlimdə çıxış edənlər  “Peşəkar ofisiant” təliminin qrafiki haqqında ümumi məlumat veriblər. Təlim çərçivəsində iştirakçılara ofisiant peşəsinə olan tələblər, vəzifə səlahiyyətləri, qonaqların qarşılanması və keyfiyyətli xidmətin əsas qaydaları, həmçinin banket nümunələri, xidmətin formaları və digər sahələr izah olunub.

Ofisiantların iş prosesində davranış qaydalarına riayət etmələri təlim iştirakçılarına öyrədilib.

 Ərhan Novruzov

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR