03 Aprel 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” 1 fevral tarixdə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrlə bağlı Sədərək rayonunda müşavirə keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək bildirib ki, ümummilli liderin əsasını qoyduğu idman siyasəti onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin diqqət və qayğısı ilə Azərbaycanda idman özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən müddətdə idmanın və bədən tərbiyəsinin inkişafı, eləcə də Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması sahəsində mühüm tədbirlər həyata keçirilmiş, müasir idman infrastrukturu yaradılmışdır. Natiq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da idman siyasəti Ali Məclisin Sədri tərəfindən uğurla həyata keçirilir. İdmanın maddi-texniki bazası gücləndirilmiş, bədən tərbiyəsi və idmanın kütləvi hal alması üçün müasir olimpiya idman kompleksləri və digər idman obyektləri tikilərək gənclərin istifadəsinə verilmişdir. İdman və idmançılara göstərilən bu qayğı, yaradılan şərait, öz növbəsində, muxtar respublikamızı beynəlxalq və yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevirmişdir.
Vurğulanıb ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da müasir idman infrastrukturu yaradılıb. Belə ki, rayonda şahmat məktəbi, Uşaq-gənc­lər idman məktəbi, mərkəzi stadion, süni örtüklü mini-futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları idmanla məşğul olanların istifadəsindədir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, ötən ilin noyabr ayında rayonun təbii örtüklü futbol meydançası yenidən qurularaq idmançıların istifadəsinə verilib.
Qeyd olunub ki, rayonun idmançıları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş karate-do idman növü üzrə muxtar respublika çempionatında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş boks idman növü üzrə muxtar respublika birinciliyində, boks idman növü üzrə 2004-2005-ci illər təvəllüdlü yeni­yetmələr arasında Bakı şəhərində keçirilən klublararası açıq birincilikdə və digər idman yarışlarında uğurla iştirak ediblər.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov görülən işlərdən danışıblar.
Tədbirdə Sədərək rayonunda cari ildə idman sahəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilib.
Sonda ötən il idman sahəsində fərqlənən idmançılar mükafatlandırılıblar.

Sərxan İSMAYILOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR