07 Aprel 2020, Çərşənbə axşamı


Hər bir xalq özünün və ölkəsinin  tarixini  yazır.  Hər bir xalq özünün  və ölkəsinin  tarixini  sabahlara, gələcəyə aparır. Zaman məfhumu tarix üçün əsas şərtdir. Çünki günlər, aylar, illər  tarixin bir anıdır. Lakin elə aylar, illər olur ki, onlar millətin tarixində əbədi olaraq yaşayır və həmin millətin keçmişini gələcəyə maqdan qürur duyur

 Naxçıvanı yenidən quran cənab Vasif Talıbov fevralın 24-də  keçirilən  altıncı çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin  birinci sessiyasında  yenidən  Ali Məclisin Sədri vəzifəsinə seçildi. Bu seçim xalq birliyinin və ən əsası RƏHBƏRimizə olan sevginin bariz nümunəsi idi.  Çünki qədim Naxçıvanımızın əziz oğlu, qəlbi hər zaman xalqı ilə döyünən sabaha cavabdehlik hissini özünün vətəndaşlıq borcuna çevirmiş Cənab Sədrimiz naxçıvanlılara 25 ildir ki, xoş, işıqlı günlər bəxş edib.

Qoca Şərqin qapısında məğrurla dayanan cənnətməkanımda, Gəmiqaya möhtəşəmliyi, Əlincə məğrurluğu ilə  hər zaman qamətini dik tutan, Xan Arazın  pıçıltıları ilə  nəfəs alan  qədim diyarımızda, Əlincə qeyrətli, Gəmiqaya sirli,  Möminə-xatın şöhrətli  Naxçıvanımızın  hər qarışında Cənab Sədrimizin töhfələri vardır. Bu töhfələr yuxusuz gecələrin, axtarışların, qədin diyarı xoş görmək arzularının ifadəsidir.

Bu gün qürur hissi ilə deyə bilirik ki, muxtar respublikamızda sosial-iqtisadi inkişaf , əldə olunan gəlirlər hər bir vətəndaşımızın  həyat şəraitinin yüksəldilməsinə sərf olunub. Muxtar diyarımızın  sosial-iqtisadi inkişafı ilə bağlı  həyata keçirilən bütün tədbirlər bu məqsədə xidmət edir. Təkcə bir fakta diqqət edək ki, bu gün qədim və qədim olduğu qədər də müasir Naxçıvanda yüzlərlə ümumtəhsil məktəbi, mədəniyyət obyektləri, səhiyyə müəssisələri, istehsal və xidmət sahələri, idman  və saymaqla bitməyən quruculuq ünvanları istifadəyə verilib.

Naxçıvanın blokada şəraitində yaşamasına baxmayaraq qədim məmləkətimizin gecələri çil-çıraqlı, gündüzləri nurludur. Vaxtilə öz nefti  ilə  dünyaya həyat verən  bir ölkə, elə bizə doğmadan-doğma olan  Naxçıvan da zülmətin pəncəsində,  qaranlıqda qalmışdı. Ancaq elə bir dövr gəlib çatdı ki, bu diyarın xalqsevər  rəhbərləri, qədirbilən oğulları, yurdsevər vətəndaşları  zülmətə,  qaranlığa qarşı mübarizəyə başladı, bu yolda böyük zəhmətlər, əziyyətlər çəkildi və nəticədə Naxçıvan gecələri   nur işığına boyandı. Bəli, bu gün Naxçıvan gecələri, sözün əsl mənasında, nurlu sabahlara elçilik edir. Təbii ki,  bütün bu gözəlliklər  isə asanlıqla  yaradılmayıb, min bir zəhmətlə başa gəlib. Bütün bunlar nəyin hesabına  əldə olunub? Ulu öndər Heydər Əliyev siyasətinin, Heydər Əliyev yolunun uğurla davam etdirilməsi hesabına.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə  Azərbaycan çox böyük uğurlar əldə etmiş, lider dövlətə çevrilib.  Ölkəmizin ayrılmaz hissəsi olan  Naxçıvan Muxtar Respublikası da  tarixin heç bir mərhələsində  bugünkü qədər gözəl, abad və  güclü olmayıb. Dövlət başçısının dediyi kimi: “Naxçıvanda hər bir sahədə  uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin  təntənəsidir”.

  Bu günün həqiqətidir ki, doğma diyarımızın hər bir guşəsinə sonsuz məhəbbətdən yaranan səmərəli dövlətçilik fəaliyyətin nəticəsində blokada vəziyyətinin çətinliklərinə baxmayaraq bu qədim diyar qərinələrə, əsrlərə bərabər inkişafa nail  olunub.İnsanlarımızı bundan da  gözəl sabahlara aparan  estafet isə davam edir. Qazanılan nə varsa, hamısı ulu öndərimizin  ideyalarının  ardıcıllıqla  həyata keçirilməsinə sədaqətin  canlı nümunələridir.

Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız haqqında, Naxçıvan haqqında düşünür və deyirdi:  “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında,  müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın  ayrılmaz hissəsi olan  Naxçıvan haqqında  planlarım  arzularım  yerinə yetirilsin”. Ulu öndərin arzu və istəkləri dönmədən həyata keçirilir. Bu gün muxtar respublikanın hər  bir sakini qazanılan uğurlarla  fəxr edir, vətəndaşlıq qüruru duyur, bütün bu quruculuq tədbirlərini ulu öndər Heydər Əliyev ideyalarının və arzularının Naxçıvan Muxtar Respublikasında çiçək açması kimi  qiymətləndirir.

Bir sözlə, Naxçıvan sakini olaraq bu diyarada yaşadığım, boya-başa çatdığım üçün qürur duyuram. Bu gün əmin-amanlığın bərqərar edildiyi doğma Naxçıvanımızda gələcəyimiz olan gənclərimiz mükəmməl səviyyədə təhsil ala bilirlərsə, tibbi xidmətdən yararlanırlarsa, müasir texnologiyalardan yüksək səviyyədə istifadə edə bilirlərsə, körpə fidanlarımızı məktəbəqədər müəssisəslərə rahatlıqla həvalə ediriksə, firəvan yaşayırıqsa muxtar respublika rəhbərinə borcluyuq. Qədim Naxçıvanımızın  bugünkü, müasir səviyyəsi cənab Sədrimizin yorulmaz fəaliyyətinin canlı ifadəsidir. Bundan sonra da RƏHBƏRimizə  uzun ömür,  sağlam həyat  və möhkəm cansağlığı  arzulayırıq. 

Nuray CƏFƏROVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR