05 Aprel 2020, Bazar

Naxçıvan Şəhər İcra Hakimiyyətində bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilib. Tədbirdə çıxış edən icra başçısı Mirsənani Seyidov bildirib ki, muxtar respublikamızda olduğu kimi, Naxçıvan şəhərində də uşaq və gənclərin idmanla məşğul olması, onların müxtəlif səviyyəli turnir və yarışlarda iştirak etməsi üçün hərtərəfli şərait yaradılıb.

Bu gün Naxçıvan şəhərinin idmançıları müxtəlif idman növləri üzrə 12 federasiyada təmsil olunur, uğurlara imza atırlar. Ötən il ərzində müxtəlif idman növləri üzrə, ümumilikdə, 99 Naxçıvan şəhər birinciliyi və yoldaşlıq görüşü təşkil edilib. 5700 yeniyetmə və gəncin bu yarışlarda iştirakı təmin olunub. Naxçıvan şəhəri 2019-cu ildə 3 beynəlxalq turnirə, 1 festivala, futbol üzrə Azərbaycan kuboku finalına, futbol üzrə 4-cü Heydər Əliyev kuboku uğrunda birinciliyə, 52 muxtar respublika çempionatı, turniri və birinciliyinə yüksək səviyyədə ev sahibliyi edib.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə Naxçıvan şəhər idmançılarından 596 nəfər ayrı-ayrı idman növləri üzrə keçirilən yarışlarda müxtəlif yerlərə layiq görülüb. Bunlardan 4-ü dünya, 19-u Avropa, 139-u beynəlxalq, 100-ü Azərbaycan, 334-ü isə muxtar respublika birincilikləri olub. Qadınlarımızın da idmana cəlbi diqqətdən kənarda qalmayıb, ötən il idmanın müxtəlif növləri üzrə 3010 qadın idmanla məşğul olub.
İcra başçısı bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə verilən tapşırıqların Naxçıvan şəhərində icrası üçün müvafiq tədbirlər görülməlidir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, ötən il idman sahəsində fərqlənən yeniyetmə və gənc idmançılar mükafatlandırılıblar.

Qafar QƏRİB

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR