05 Aprel 2020, Bazar

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Böyükdüz Kənd Mərkəzində “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab ­İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və quruculuq xətti” mövzusunda tədbir keçirib.

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva çıxış edərək bildirib ki, bu gün dahi liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin əzmkar və yaradıcı fəaliyyəti sayəsində ­ölkəmiz daha böyük inkişafa qovuşub. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə reallaşan layihələr nəticəsində Azərbaycan regionun ən güclü ölkəsinə çevrilib.
Sevda Quluyeva bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu genişmiqyaslı quruculuq tədbirlərinin layiqincə davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası da özünün yüksək inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 1969-cu ildən başlanan quruculuq və inkişaf yolunu özünün əzmkar, yaradıcı və xalqa qayğı üzərində fəaliyyəti ilə yeni inkişaf səviyyəsinə çatdırıb.
Muxtar respublikamızda aparılan quruculuq tədbirləri Kəngərli rayonunun daha da abadlaşması və inkişafına vəsilə olub. Dahi şəxsiyyətin işıqlı ideyalarına söykənərək həyata keçirilən ardıcıl tədbirlər bu rayonun da simasına müasirlik və əzəmət gətirib. Ötən dövrdə rayonun hər bir yaşayış məntəqəsində müasir kənd və xidmət mərkəzləri, səhiyyə, məktəb, mədəniyyət müəssisələri istifadəyə verilib, infrastruktur tamamilə yenilənib. Bir sözlə, Kəngərli gənc bir rayon kimi qısa müddətdə böyük inkişaf yolu keçib. Bölgədə inkişaf və yüksəliş davamlı xarakter alıb. Yaradılan şərait hesabına rayon sakinlərinin əhval-ruhiyyəsi daha da yüksəlib, insanların sabaha olan inamı artıb. Qazanılan uğurlar Heydər Əliyev siyasətinə sadiqliyə, bu ideyaların davamlı gerçəkləşdirilməsi prinsipinə əsaslanır.
Sonra çıxışlar olub.


Babək İSMAYILOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR