03 Aprel 2020, Cümə

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan xanımlarının həmişə sədaqət, fədakar, nəcib qadın mücəssəməsi olduğunu bildirib, xanımları bayram münasibətilə təbrik edib.

8 Mart – Beynəlxalq Qadınlar Gününün hər il Azərbaycanda geniş şəkildə qeyd olunduğunu bildirən Daimi Nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, milli varlığımızın ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, yaşadılmasında qadınlarımızın misilsiz xidmətləri olub.
Vurğulanıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artıb, onların ictimai-mədəni həyatda yeri daha da möhkəmlənib. Dahi rəhbərin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qadınların dövlət idarəçiliyində təmsilçiliyinə, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına diqqət göstərilib, bu sahənin inkişafını tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkəmiz qadın hüquq­larının qorunması haqqında bir çox beynəlxalq konvensiyalara qoşulub.
Qeyd edilib ki, dövlət qadın siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Onlar dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilir, potensiallarından istifadə olunması, cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək diqqət mərkəzində saxlanılır. Bu gün müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensial­larını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Muxtar respublika qadınları öz səmərəli fəaliyyətləri ilə Naxçıvanın sosial­-iqtisadi, ictimai-siyasi həyatında yaxından iştirak edərək layiqli töhfələr verirlər.

AZƏRTAC

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR