19 Sentyabr 2020, Şənbə

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğu nəzərə alınaraq, COVID-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

“Operativ Qərargahın 2020-ci il 12 mart tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək”, - deyə məlumatda qeyd edilir.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR