06 Aprel 2020, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri Səfər Aşurov və həmin şöbənin əməkdaşları Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olublar.

AMEA-dan bildirilib ki, ezamiyyətin məqsədi Böyük Britaniyadan ölkəmizə səfər edən arxeozoologiya üzrə mütəxəssis, London Arxeologiya İnstitutunun elmi əməkdaşı Qvendolin Maurer tərəfindən 2009-2015-ci illərdə I Maxta yaşayış yerində aparılan qazıntılar zamanı əldə edilən heyvan sümüklərinin elmi təhlilinin aparılması olub.

Ezamiyyətin ilk günündə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən bölmənin fəaliyyəti, muxtar respublika ərazisində son illərdə aparılan arxeoloji qazıntılar barədə məlumat verilib, ingiltərəli tədqiqatçıya bu haqda kitablar təqdim edilib. Daha sonra Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə və I Kültəpə abidələrinə, Möminə Xatun və Yusif ibn Küseyr türbələrinə, qədim Naxçıvan şəhər yerinə baxış keçirilib, Qvendolin Maurerə Naxçıvan memarlıq məktəbi barədə məlumat verilib.

Sonrakı günlərdə institutun əməkdaşları və ingiltərəli tədqiqatçı II Kültəpə, Oğlanqala, Ovçulartəpəsi, Qızqala, I Maxta abidələrində olublar.

 

 

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR