15 Avqust 2020, Şənbə

Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.  Mart ayının 20-də gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında qalan və istifadəyə yararlı olan malların aktlaşdırılaraq müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.

Daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1180 kq yuyucu toz, 360 ədəd camaşır üçün ağardıcı, 165 kq təmizləyici vasitə, 17 ədəd ərp əlehinə vasitə, 394 ədəd közərmə lampası, 22 ədəd qaz pilətəsi, 4 ədəd suqızdırıcı, 2 ədəd qaz ocağı, 2 ədəd qaz sobası, 1 ədəd kombi, 11 ədəd alışqan qazı, 5 ədəd avtomobil şini “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 1180 kq yuyucu toz, 165 kq təmizləyici vasitə, 16 ədəd ərp əlehinə vasitə, 11 ədəd alışqan qazı, 7 ədəd soba borusu, 4 ədəd motosiklet şini, 1 ədəd dolab və 400 kq gipsdən ibarət olub. 

171 kq bal, 615 ədəd meyvə şirəsi, 73 litr zeytun yağı, 20 kq makaron, 17 ədəd sərinləşdirici içki, 10 ədəd enerji içkisi, 90 kq yuyucu və təmizləyici vasitə, 45 litr maye sabun, 14 kq sabun, 12 ədəd alışqan qazı Heydər Əliyev adına Hərbi Liseyə, 10 ədəd ov bıçağı, 2 ədəd silah mərmisi, 2 ədəd elektroşok, 2 ədəd dəyənək, 1 ədəd dəmir qandal, 1 ədəd durbin Daxili İşlər Nazirliyinə, 1180 kq yuyucu toz, 165 kq təmizləyici vasitə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına, 5 ton balıq yemi, 12 ədəd balıq toru Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na, 70 litr maye gübrə, 2 litr bitkiçilik dərmanı “Naxçıvan Aqrolozinq” ASC-yə, 350 ədəd TİR patronu isə aidiyyəti üzrə təhvil verilib.

Muxtar respublika gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, müvafiq dövlət orqanlarının rəyi olmadan gətirilən, idxalı qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük

Komitəsinin Mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR