05 Avqust 2020, Çərşənbə

Koronavirus səbəbindən Azərbaycanla Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə qalan, viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlarımız ölkəmizin İstanbuldakı Baş Konsulluğuna müraciət edə bilərlər.

 Bu barədə Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, hazırda Türkiyədə olan, bu ölkədə qalma və ya viza müddəti bitən vətəndaşlarımız ad, soyad, pasport məlumatlarını konsulluğa təqdim etməlidirlər.

Bununla bağlı diplomatik nümayəndəliklə Türkiyənin Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Razılaşmada bu məlumatları təqdim edən vətəndaşlarımızın Türkiyədən çıxış edərkən viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimə tətbiqindən azad olunmaları nəzərdə tutulur.

Azərbaycan vətəndaşları qeyd olunan məlumatları Baş Konsulluğun  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron ünvanına göndərə bilərlər.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR