07 Avqust 2020, Cümə

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklər prioritet qaydada və təmənnasız əsaslarla daşınacaq.

"Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcəkdir.

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR