07 Avqust 2020, Cümə

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə başlanılmışdır. Ali Məclis Sədrinin   2020-ci il 24 mart tarixli Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan  Koronovirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayrılmışdır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun 25 mart 2020-ci il tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bir aylıq üzvlük haqlarının 50 faizi - 35 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüşdür. 

Naxçıvan Muxtar Respublikası Həkarlar İttifaqları Şurası İcrayə Komitəsinin 25 mart 2020-ci il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Həkarlar İttifaqları Şurasının bir aylıq üzvlük haqqının 50 faizi - 40 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılmışdır.

        Həmçinin

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi          8558 manat,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin kollektivi 4427 manat,

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin kollektivi 10 min 400 manat,

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin kollektivi 1082 manat,

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri       yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kollektivi 1713 manat,

Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin kollektivi 400 manat,

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 min manat,

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivi           8982 manat,

“Badamlı Mineral Sular” Açıq Səhmdar Cəmiyyəti tərəfindən      20 min manat,

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin kollektivi        1157 manat,

Gəmiqaya Holdinq Şirkəti 150 min  manat,

Cahan Holdinq Şirkəti 150 min manat,

Nəxşicahan Holdinq Şirkəti 40 min manat,

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti 50 min manat,

“Babək Sirab” Açıq Səhmdar Cəmiyyəti 50 min manat,

Naxçıvan Sement Zavodu 50 min manat,

“Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti          5390 manat,

“Çəmənlik” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 min manat,

Dekor Qrup 30 min manat,

Bağışov Elçin Mərifət oğlu tərəfindən 1000 manat olmaqla,    2020-ci il 25 mart tarixə Koronovirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 918 109 manat vəsait ödənilmişdir.

 

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR