04 Aprel 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən verilən məlumata əsasən, artıq Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara məxsus ödəniş terminalları vasitəsilə vəsaitlərin ödənilməsi imkanı yaradılıb.

 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ölkə ərazisinin böyük əksəriyyətində quraşdırılan müvafiq terminallardan istifadə etməklə artıq vətəndaşlar asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə biləcəklər.

Ödəniş edilməsi üçün terminalın əsas səhifəsindən “Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondu” seçilir, sonra ianə köçürmık istəyən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN-kodu müvafiq bölməyə daxil edilir və “irəli” düymısi sıxılır, növbəti ekranda mobil telefon nömrəsini daxil edilir və təkrar “irəli” düyməsi sıxılır, açılan yeni ekranda ödənilməsi nəzərdə tutulan pulun daxil edilməsi gözlənilir. Ödənilməsi nəzərdə tutulan vəsait terminalın pul qəbulu bölməsinə yerləşdirilir, ekranda daxil edilən məbləğin görülməsindən əmin olduqdan sonra “ödə” düyməsi sıxılır. Ödənişin qəbul olunmasına dair çap olunan çekdə, aidiyyəti bütün məlumatlar öz əksini tapır. Beləliklə şəxsin pasport məlumatlarına uyğun ödəniş həyata keçirilmiş olur.

Nəzərinizə çatdırırıq ki, xidmətin istifadəyə verilməsində əsas məqsəd vəsait ödənilməsi aksiyasına könüllü qoşulmaq istəyən ölkə vətəndaşlarının buna rahat şəkildə nail olmasıdır.

 

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR