25 May 2020, Bazar ertəsi

Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşir.

“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. 

Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.

Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR