26 May 2020, Çərşənbə axşamı

Bütün dünyada, o cümlədən ölkəmizdə yayılmış yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, qardaş ölkədə ehtiyacı olan vətəndaşlarımıza kömək göstərmək məqsədilə onlayın qeydiyyat keçirilib. Məlumatda bildirilir ki, Türkiyə Respublikasında da koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşiblər. Hazırkı vəziyyətin davam etdiyi şəraitdə (iki ölkə arasında hava və quru yolu ilə səfərlər bərpa olunanadək) yaşayış yerindən çıxarılmış və ya qida təminatı ilə bağlı ciddi sıxıntı ilə üzləşmiş vətəndaşlarımıza (müvafiq təsdiqedici sənədlər təqdim olunmaq şərti ilə) müvəqqəti dövr ərzində yardım edilməsi imkanları nəzərdən keçirilir. Bunun üçün aidiyyəti vətəndaşlarımızdan aşağıdakı keçid vasitəsilə zəruri məlumatları doldurmaqla müraciət etmələri xahiş olunur. Qeydiyyat formasına keçid: https://tinyurl.com/rlpgpa2

Bildirilir ki, müraciətlər diplomatik nümayəndəliyimizdə təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyə Respublikasında hazırda olduqları ərazidə yaşayış yeri və (və ya) gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq.

Yuxarıda qeyd olunmuş kateqoriyalara daxil olmayan vətəndaşlarımızın müraciət etməmələri ilə bağlı anlayışlarına görə öncədən təşəkkür olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR