27 May 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin və xüsusi təyinatlı avtomobillərin iştirakı ilə Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolda, mərkəzin ətrafında, Duzdağ oteldə və Naxçıvan Şəhər Gömrük İdarəsində tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilib.

Duzdağ otelinin ərazisindəki mini futbol meydançalarında, sağlamlıq mərkəzlərində və yardımçı binalarda dezinfeksiya işləri aparılmaqla qabaqlayıcı profilaktik tədbirlər görülüb, avtomobil yolları isə xüsusi məhlulla yuyulub.

Muxtar respublikada dezinfeksiya tədbirləri davamlı olaraq həyata keçirilir və mütəmadi olaraq davam etdiriləcək.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR