01 İyun 2020, Bazar ertəsi

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2020-ci ilin birinci rübü ərzində öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, Əsasnamədən və İş planından irəli gələn vəzifələri icra etmişdir. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarnda tətbiqinə nəzarət edilmiş, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 7 qərarı ləğv etdirilmişdir.

Hesabat dövründə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsində 213 namizəd iştirak etmiş və 80 nəfər uğur qazanmış, onlardan 62-i müvafiq vəzifələrə təyin olunmuşlar.

Dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı keçirilmiş, 2 nəfər uğur qazanmışdır. Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 13 daxili müsahibədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir.

Dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün test imtahanlan keçirilmişdir. Müsabiqəyə 229 vakant vəzifə çıxarılmış, 130 vəzifənin tutulması üçün 283 nəfər sənəd təqdim etmişdir. Test imtahanlarında 266 namizəd iştirak etmiş, 131 nəfər müvafiq keçid balını toplamışdır. Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi 21 yanvar 2020-ci il tarixdə keçirilmişdir. Müsahibə mərhələsində 12 nəfər iştirak etmiş, onlardan 8-i müvafiq keçid balını toplayaraq müvafiq vəzifələrə təyin olunmuşlar.

7 mart 2020-ci il tarixdə prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilmişdir. Müsabiqəyə çıxarılmış 8 vakant vəzifənin tutulması üçün 28 nəfər sənəd təqdim etmişdir. Test imtahanında 27 namizəd iştirak etmiş, onlardan 19-u müvafiq keçid balını toplamışdır. AMEA Naxçıvan Bölməsində və ədliyyə orqanlannda vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin sənəd qəbulu aparılmışdır. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin sənəd qəbulu davam edir.

2020-ci ilin ilk rübündə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vergi orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün təşkil olunmuş hazırlıq kurslarında 46, həmçinin prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanında 13 namizəd iştirak etmişdir.

29 yanvar 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 36 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir. Bundan başqa Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR