27 May 2020, Çərşənbə


Dövlət Nəqliyyat Xidməti cari ilin mart ayında əhaliyə göstərilən avtonəqliyyat xidmətinin müasir standartlar səviyyəsinə çatdırılması və nəqliyyatın dinamik inkişafının təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi mart ayında da davam etdirilmiş, muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 150 sahibkara lisenziya, 160 avtonəqliyyat vasitəsinə isə lisenziya kartı verilmişdir.

 Ötən müddət ərzində muxtar respublika daxilində sərnişindaşıma ilə əlaqədar müəyyən olunmuş qaydalara əməl edilməsi mövzusunda taksi sürücüləri ilə mütəmadi olaraq maarifləndirmə işi aparılmış, onların geyim formalarına, istifadə etdikləri avtomaşının təmizliyinə, sərnişinlərlə rəftarlarına, tarif qiymətlərinə əməl etmələrinə, məxsus olduğu zona hüdudlarındakı fəaliyyətlərinə, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, avtobusların sürət həddinə və hərəkət qrafikinə GPS monitorinq izləmə sistemi vasitəsilə nəzarət olunmuşdur. Mart ayında muxtar respublika üzrə 496 taksidən 482-si fəaliyyətini davam etdirmişdir.

Hesabat dövrü ərzində yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə yükdaşımalarda təhlükəsizlik tədbirləri haqqında profilaktiki söhbətlər aparılmışdır. Ötən ay sərnişin və yükdaşıma fəaliyyəti göstərilməsi üçün avtonəqliyyat vasitəsi sahibləri tərəfindən 9 min 998 manat vergi ödənilmiş, 752 “Fərqlənmə nişanı”alınmışdır.

      Şəhərdaxili nəqliyyatda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi işi mart ayında da davam etdirilmiş, avtobuslarda gündəlik sanitar-gigiyenik qaydalara uyğun dezinfeksiya işləri həyata keçirilmişdir.

Muxtar respublikanın istirahət və turizm mərkəzlərinə – “Ağbulaq” İstirahət Mərkəzinə, Duzdağ Fizioterapiya Mərkəzinə salınmış marşrutlar fəaliyyətlərini davam etdirmiş, sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 135 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir.

Dövlət Nəqliyyat Xidməti bundan sonra da muxtar respublikada nəqliyyat siyasətinin uğurla həyata keçirilməsini təmin edəcək, avtonəqliyyat xidmətinin səviyyəsini yüksəltmək üçün səylərini davam etdirəcəkdir. 

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR