02 İyun 2020, Çərşənbə axşamı

Koronavirus pandemiyası səbəbindən dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə də mənfi təsirləri var.

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

Baş Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. “Nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir”, - deyən Baş Nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var. Eyni zamanda, onların ölkəmizdə istehsalı istiqamətində də işlər aparılır. Əli Əsədov deyib ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR