01 İyun 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda fəaliyyət göstərən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti istehsalı artırır.

Hazırda müəssisədə 70 çeşiddə, 60 adda məhsul istehsal olunur. Burada 7 daimi, 20 mövsümi işçi çalışır.

 Müəssisəni əsas xammalla rayon sakinləri təmin edir. Onlar Şahbuzun zəngin təbiətindən topladıqları müxtəlif dərman bitkilərini müəssisəyə təhvil verirlər. Hazırda sakinlərdən gicitkan bitkisinin qəbulu aparılır.

Müəssisədə istehsal olunan məhsulların 40-ı bitki və bitki çayları, 15-i müalicəvi bitki yığıntıları, 2-si bəkməz, 10-u isə kapsullardır. Müalicəvi bitkilər 40 qramlıq qutularda qablaşdırılır. Bitkilərin növündən və istifadə qaydasından asılı olaraq istehsal üçün onların yarpağı, çiçəyi, meyvəsi, qabığı götürülür. Bu çaylar ətri və insan orqanizmi üçün faydalarına görə əvəzsizdir. Faydalı minerallarla yanaşı, fosfor, yod, kalsium və bir sıra vitaminlərlə zəngin olan çayların tərkibindəki antioksidant maddələr xərçəngin istənilən növünün yaranmasının qarşısını alır.

Qeyd edək ki, müəssisə gün ərzində 800 qutu çay, 400 şüşə qab bəkməz, 300 şüşə qab kapsul istehsal etmək gücünə malikdir. Məhsulların qutularının üzərində istifadəsinə göstəriş, saxlanma şəraiti və istifadə tarixi haqqında məlumatlar əks olunur.

Muxtar respublikada fəaliyyət göstərən ticarət mərkəzlərində, əczaxanalarda, hətta Naxçıvandan kənarda belə, “Farma Şah”ın məhsullarını almaq mümkündür. Bu il müəssisədə istehsal olunan məhsulların Türkiyə Respublikasına ixracı nəzərdə tutulur.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR