01 İyun 2020, Bazar ertəsi

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə vergi ödəyiciləri Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olmaqla Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və  Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə-parol, asan imza və ya elektron imza ilə elektron kabinetə daxil olub onlayn qaydada elektron ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə müraciət etməlidirlər.

 Həmçinin, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatları ilə vergi.nakhchivan.az saytından tanış ola bilərlər.

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Vergi Xidmətinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR