30 May 2020, Şənbə

Nes-Sionada yerləşən İsrail Bioloji Tədqiqatlar İnstitutu (İBTİ) koronavirusa qarşı preparatın birinci işlək nümunəsini əldə edib. Bununla əlaqədar İBTİ ilə İsrail Müdafiə Nazirliyi birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, preparat həm vaksin, həm də dərman kimi təsir göstərərək, xəstənin bədənindəki koronavirusu zərərsizləşdirir. Söhbət yeni vasitədən gedir. Bu vasitə yoluxucu xəstəliklər zamanı tətbiq edilmiş məşhur preparat və metodlara əsaslanan digər eksperimental müalicə üsullarından fərqli olaraq, koronavirusa qarşı məqsədyönlü təsir göstərir.

Preparatın hazırlandığı monoklonal anticisimlər (immun hüceyrələri tərəfindən hasil edilən anticisimlər) koronavirusa yoluxmuş heyvanların və insanların qanından əldə edilib. Klinik sınaqlar preparatın çox səmərəli olduğunu göstərib.

Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, bu, dünyada ilk təmayüllü preparatdır. İsrail Bioloji Tədqiqatlar İnstitutunun professoru Şmuel Şapiranın rəhbərliyi ilə patent üçün artıq müraciət edib. Növbəti mərhələdə preparatın istehsalı üçün beynəlxalq təşkilatlara müraciət olunacaq.

AZƏRTAC

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR