30 May 2020, Şənbə

  

 

 

 

 

 

Bolqarıstan Respublikasının Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib.

Dünyanın hər yerindən turistik istiqamətləri təqdim edən festivalın məqsədlərinə turizm məhsulları barədə videoçarxların geniş kütləyə çatdırılması, mədəni və tarixi irsin reklamına investisiya qoyulmasınınstimullaşdırılması, turizm şirkətləri arasında marağın yaradılması, peşəkar audio-vizual səyahət istehsalının təşviq edilməsi, yüksək effektiv reklam üçün mühitin formalaşdırılması və s. daxildir. Film festivalında ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət və ayinlər və s. mövzular üzrəhazırlanmışvideoçarxlaronline şəkildə geniş auditoriya tərəfindən izlənilib.

Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü əsasında Naxçıvan Televiziyası tərəfindən hazırlanan, ssenari müəllifi “Şərq qapısı” qəzetinin baş redaktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədova, rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Fərhad Zamanbəyov olan “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin ingilis dilində olan variantının namizədliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən festivalın təşkilatçılarına təqdim olunub. Film festivalının münsiflər heyəti tərəfindən təqdim olunan filmlər nəzərdən keçirilib və 3 may 2020-ci il tarixində qaliblər elan olunub. Festivalın “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt-kateqoriyasında “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmi qalib gəlib.

Sənədli film festivalın rəsmi internet səhifəsində və “youtube” kanalında yerləşdirilib.

Festivalda iştirak muxtar diyarın mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını təbliğ etməklə yanaşı, regionun zəngin irsi, potensialı və mövcud tərəqqisinin Avropa məkanında tanıdılmasına imkan verib.

Festivalda, həmçinin təbiət-ekoturizm, idman-macəra və turizm xidmətləri kateqoriyaları üzrə mükafatçılar müəyyən olunub.

Qeyd olunmalıdır ki, 2020-ci ildə  Azərbaycanla yanaşı festivalda Bolqarıstan, Danimarka, Xorvatiya, Sloveniya, Cənubi Afrika Respublikası, Çili, Fransa, Avstriya, Norveç, Rusiya, Portuqaliya, İndoneziya, İspaniya və Yaponiya daxil olmaqla, sözügedən festivalda 24 ölkə 54 filmlə iştirak edib.   

“Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmlə aşağıdakı linklərdən tanış ola bilərsiz: 

https://tourfilm-bg.com/en/awards/winners-2020

https://www.youtube.com/watch?v=pYvAZv_qJZA&feature=youtu.be

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR