22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Yeni, hər cür şəraitə malik binalar inşa edilərək istifadəyə verilir, ehtiyac duyulan ictimai yaşayış binalarında təmir-bərpa işləri aparılır. Əhalinin sosial rifah halının yaxşılaşdırılması naminə atılan bu addımlar demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib.
Cari ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunur. Artıq təmir-bərpa olunan binaların əksəriyyətində işlər yekunlaşıb, sakinlər rahat mənzillərində firavan həyat yaşayırlar. Hazırda şəhərimizin bir neçə ünvanında yaşayış binalarının təmir-bərpası davam etdirilir.

Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 64 və Zəroş Həmzəyeva küçəsindəki 117 nömrəli yaşayış binalarında Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaat­çıları tərəfindən əsaslı işlər həyata keçirilib. Belə ki, hər iki yaşayış binasında söküntü işləri yekunlaşdırıldıqdan sonra bünövrənin bərkidilməsi üçün dəmir-beton işləri aparılıb. Binanın fasad hissəsində və daxilində isə suvaq işi görülür.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 36 nömrəli yaşayış binasında ötən il sentyabrın 3-dən etibarən başlanılan təmir işlərini də Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaat­çıları həyata keçirirlər. Onların səyi ilə binanın təmiri üçün nəzərdə tutulmuş əsas inşaat tədbirləri yekunlaşdırılıb. Qapı və pəncərələr dəyişdirilib, fasad hissəyə milli ornamentlərə uyğun travertin üzlüklər çəkilib, bütün kommunikasiya xətləri təzələnib, dəhlizlərə üzlük daş plitələr düzülüb. Hazırda binanın zirzəmisi və dam örtüyü təmir olunur, əraziyə kifayət qədər işçi qüvvəsi cəlb edilib. İnşaatçılar lazım olan mal-materialla təmin olunublar.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR