01 İyun 2020, Bazar ertəsi

COVID-19 pandemiyasının yayıldığı bir dövrdə göstərilən yardımlar Azərbaycan-Monteneqro dostluğunun təsdiqidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Monteneqroya tibbi ləvazimatlardan ibarət yardım göndərib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin baş katibi Rövşən Muradov məlumat verib ki, yardıma 410 ədəd FFFP2 tipli maska və 50 ədəd qoruyucu geyim daxildir. Bu dəstək Azərbaycan-Monteneqro dostluq və əməkdaşlığının daha bir bariz nümunəsidir.

Pandemiya dövründə Azərbaycan hökuməti və iş adamları dəfələrlə Monteneqroya müxtəlif formatda yardımlar ediblər.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR