30 May 2020, Şənbə

Moskvada əhaliyə xidmət, mədəniyyət, təhsil və idman, ümumilikdə isə bütün qeyri-istehsal sahələrində məhdudiyyətlərin müddəti mayın 31-dək uzadılıb.

Bu barədə Rusiya paytaxtı merinin Sərəncamı dərc olunub. Eyni zamanda, paytaxt sakinlərinin özünütəcrid müddəti də uzadılıb, restoran və teatrların açılmasından isə hələ söhbət getmir.

Bundan əlavə, mayın 12-dən ictimai nəqliyyatdan istifadə edən sərnişinlər, habelə taksi sürücüləri və sərnişinləri maska taxmalı və əlcək geyinməlidirlər. Bu qaydanı pozanlar 5 min rubl məbləğində (təxminən 115 manat) cərimə olunacaq. Fəaliyyətinə icazə verilmiş müəssisə və təşkilatların da əməkdaşları maska taxmalıdırlar.

Moskva meri Sergey Sobyanin paytaxt sakinlərini mayın 9-a nəzərdə tutulmuş Qələbə Günü münasibətilə təşkil olunacaq atəşfəşanlığa getməməyə çağırıb.

 Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR