04 İyun 2020, Cümə axşamı

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirdiyi əməliyyata münasibət bildirib.

E.Sultanov keçirilən əməliyyatı təsdiqləyərək qeyd edib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, detalları barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR