01 İyun 2020, Bazar ertəsi

Mayın 16-da Türkiyədə inşa edilən “1915 Çanaqqala” körpüsünün qüllələrinin son bloklunun qoyulması mərasimi keçirilib.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans yolu ilə iştirak edib.

 Çanaqqala boğazında körpü inşaatının əsirlərboyu xəyal edildiyini deyən Türkiyə Prezidenti bu layihənin ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini bildirib. Qeyd edilib ki, körpü istifadəyə verildikdən sonra gəmilərlə 1,5 saata qət edilən məsafə 6 dəqiqəyə gediləcək. Bildirilib ki, dünyanın ən uzun körpülərindən biri olacaq “1915 Çanaqqala”, eyni zamanda, Çanaqqala müharibəsinin simvolu kimi boğazı bəzəyəcək.

Ümumilikdə 128 blokdan ibarət “1915 Çanaqqala”nın son blokunun qoyulması ilə 315-318 metr hündürlüyü olan polad körpü ayaqlarının inşası tamamlanıb.

2017-ci ildə təməli qoyulan körpünün 2022-ci ilin mart ayında istifadəyə verilməsi gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR