30 May 2020, Şənbə

Türkiyədə böyük coşqu və təntənə ilə qeyd edilən 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə bu ilə nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb. Lakin “Türk Hava Yolları” aviaşirkəti simvolik tarixi uçuş həyata keçirəcək.

 Bu barədə şirkətin media müşaviri Yahya Üstün deyib.

O bildirib ki, Qazi Mustafa Kamal Atatürk Milli Mübarizəni başlatdıqdan 101 il sonra, bu il mayın 19-da İstanbuldan Samsuna “TK1919” adlı simvolik uçuş yerinə yetiriləcək. Bu aviareys üçün xüsusi xatirə biletlər hazırlanıb. Artıq 2,5 milyon nəfər bilet alıb. Onların arasında azərbaycanlılar da var.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR