02 İyun 2020, Çərşənbə axşamı

Muxtar respublikada mütəmadi olaraq yoluxucu xəstəliklərə və viruslara qarşı dezinseksiya işləri aparılır, profilaktiki və qabaqlayıcı tədbirlər həyata keçirilir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin və muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə erkən saatlardan başlayaraq, yollarda hərəkətin daha az olduğu vaxtlarda genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Şəhərin Sahil Parkı, ticarət obyektləri, Möminə Xatın məqbərəsinin və Gənclik Mərkəzinin ətrafı xüsusi məhlullarla dərmanlanıb. Dezinfeksiya işlərinə 20 nəfərlik heyət və xüsusi xidməti avtomobillər cəlb olunub. Magistral yollarda, körpülərdə, Naxçıvan Beynəlxalq Hava Limanına gedən yolda, şəhərin mərkəzi küçələrində, hərəkətin intensiv olduğu yerlərdə dezinfeksiya işləri aparılıb.

Şərur rayonunda da qabaqlayıcı profilaktiki tədbirlər məqsədilə dezinfeksiya işləri görülüb. Xüsusi texnikalar vasitəsilə Şərur şəhərinin Heydər Əliyev prospektində, ictimai binaların qarşısında, mərkəzi yollarda, zirzəmilərdə dezinfeksiya işləri aparılıb.

Yoluxucu xəstəliklərin və virusların yayılmasının qarşısının alınması məqsədi ilə Babək rayonunda da kompleks qabaqlayıcı tədbirlər görülür. Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi və Babək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xüsusi texnikalar vasitəsilə rayon ərazisindəki küçə və prospektlər, səkilər xüsusi məhlulla yuyulub. Həmçinin yaşayış binaları, uşaq bağçaları, mərasim evləri və məscid ətrafları da dezinfeksiya edilib.

Ordubad rayonunda da infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı dezinfeksiya tədbirləri aparılıb. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin və xüsusi texnikaların vasitəsilə rayon ərazisindəki yaşayış binalarının ətraflarında, yollarda tibbi profilaktik və dezinfeksiya tədbirləri görülüb.

Qeyd edək ki, qabaqlayıcı profilaktiki tədbirlər, dezinfeksiya işləri Kəngərli, Şahbuz və Sədərək rayonlarında da görülüb.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR