09 İyul 2020, Cümə axşamı

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir: "Rusiyada qalan vətəndaşların Azərbaycana gətirilməsi ilə bağlı hər iki ölkə tərəfindən işlər aparılır. Vətəndaşların Türkiyə və Rusiyadan Azərbaycana gətirilməsi texniki imkanlarla bağlıdır. Karantin zonalarında yerlər boşaldıqca, xaricdən vətəndaşlar gətirilərək karantinə yerləşdiriləcək".

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR