24 Sentyabr 2020, Cümə axşamı

29 may 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Bərəkət Toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətinində muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin dövründə taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikaların hazırlığı ilə bağlı maarifləndirici səyyari seminar-müşavirəkeçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov Muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda çıxış etmişdir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı daxili xidmət mayoru Hasil Məmmədov muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi ilə bağlı məlumat vermişdir.» Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və Aqroserviz Sektorunun müdiri Valeh Mehdiyev biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək Aqrolizinq ASC-nə və fiziki şəxslərə məxsus kombaynların, kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlərlə bağlı məlumat vermişdir. Bərəkət Toxumçuluq Məhdud Məhsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Müzəffərov «Bərəkət Toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan kombayn və digər kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş işlər» haqqında ətraflı məlumatlar vermişdir. İştirakçılara ilkin yanğınsöndürmə vasitələri, həmçinin yaşıl süpürgələrdən istifadə qaydaları haqqında məlumatlar verilərək əyani olaraq göstərilmiş, seminar-müşavirənin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçalarının təqdim edilmişdir.

 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq bu cür maarifləndirici tədbirlər bundan sonra da yerlərdə həyata keçiriləcəkdir.

 

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR