04 Avqust 2020, Çərşənbə axşamı

Avropanın nəhəng təyyarə istehsalçısı “Airbus” şirkəti 15 min işçisini ixtisar etməyə hazırlaşır.

Şirkət koronavirus pandemiyasının yaratdığı böhranı aradan qaldırmaq üçün tarixində ən geniş yenidənqurma planına başlayır. “Airbus” qlobal səviyyədə 11 faizlik ixtisarların bir hissəsi olaraq Almaniya və Fransa bazalarında 10 mindən çox işçisini işdən çıxaracaq.

Şirkətin baş icraçı direktoru Guillaume Faury təyyarələrə tələbatın kəskin azalması səbəbindən “Airbus”un istehsalının 2 illik müddətdə gözləniləndən 40 faiz aşağı olacağını bildirib.

“Airbus” 2021-ci ilin ortalarına qədər İngiltərədə 1700, İspaniyada 900 və digər ölkələrdə təxminən 1300 işçini ixtisar edəccək.

Qeyd edək ki, şirkətin dünya miqyasında 135 min işçisi var və onlardan 81 mini böhrandan ən çox əziyyət çəkən kommersiya aviasiyası sahəsinda çalışır.

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR