03 Avqust 2020, Bazar ertəsi

Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan 3 min 890 kiloqram ərik, alça, alma və gilənar hərbi hissəyə təhvil verilib.

Məhsulun hərbi hissəyə təhvil verilməsi ilə bağlı keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Muradov xalq-ordu birliyindən danışıb.

Sonra hərbi hissənin zabiti Məhəmməd Məmmədov göstərilən diqqətə görə minnətdarlıq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl də 4 min 350 kiloqram meyvə hərbi hissəyə təhvil verilib.