11 Avqust 2020, Çərşənbə axşamı

Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində şiddətli partlayış baş verib.

Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem Yüce hadisə nəticəsində iki nəfərin həlak olduğunu bildirib.

İlkin məlumatda hadisənin iyulun 3-də baş verən partlayış nəticəsində tamamilə dağılan pirotexniki vasitələrin istehsalı zavodunun yük avtomobilində meydana gəldiyi, yaralıların olduğu deyilir.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Xatırladaq ki, iyulun 3-də baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.

AZƏRTAC

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR