11 Avqust 2020, Çərşənbə axşamı

İyulun 9-da Türkiyə Miqrasiya Baş İdarəsinin xarici əlaqələr şöbəsinin rəisi Gülbahar Arslanın və İstanbul Miqrasiya İdarəsinin rəisi Recep Batunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyevin görüşü olub.

Bu barədə  baş konsulluqdan məlumat verilib.

Qeyd edilib ki, baş konsulluqda keçirilən görüşdə 1990-cı illərdə Azərbaycandan Türkiyəyə gələn həmvətənlərimizin bu ölkədəki sosial-hüquqi vəziyyətlərinin dəqiqləşdirilməsi, müvafiq sənədləşmə işlərinin aparılması və s. məsələlər müzakirə olunub. Bildirilib ki, bu kateqoriyaya aid olub hazırda Türkiyədə yaşayan vətəndaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində mümkün olub.

Görüşdə Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən daha əvvəl keçirilən bənzər görüşlərdə də irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlərin həlli istiqamətində fəaliyyət planı ilə əlaqədar qardaş ölkələrimizin müvafiq qurumları arasında görüşlərin bundan sonra daha da intensivləşdiriləcəyi vurğulanıb. Bu məsələlərin qısa vaxtda həllini tapacağı ifadə olunub.

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR