11 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası tərəfindən aparılan monitorinqlərin nəticəsi kimi qeyd etmək olar ki, muxtar respublika teleradiolarının əməkdaşları iyun ayında baş verən yeniliklərə operativ münasibət göstərməyi bacarıb, fəaliyyətlərini günün tələblərinə uyğun qurublar. Naxçıvan Dövlət Televiziyasında və Radiosunda, “Naxçıvanın səsi” radiosunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən operativ materiallar hazırlanıb.

Naxçıvan Dövlət Televiziyasında iyun ayında müxtəlif peşə sahələrini işıqlandıran, informasiyalarla zəngin, maraqlı telelayihə­lər reallaşdırılıb.
Ötən ay mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin və ya əməkdaşlarının iştirakı ilə Naxçıvan Dövlət Televiziyasının efirində 26 veriliş yayımlanıb ki, bu da müvafiq qurumların televiziya ilə qarşılıqlı əməkdaşlığının nümunəsi kimi diqqəti cəlb edir.
İyun ayında Naxçıvan Dövlət Televiziyasının və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında canlı efir vasitəsilə tamaşalar, konsert proqramları, muzey ekskursiyaları yayımlanıb.
İyun ayında “Kanal 35” Televiziyasında vizual görüntüsü aşağı olan materiallar efirə verilməyib, 31 televiziya və sənədli film efirdə ilk dəfə təqdim olunub.
Ötən ay şura tərəfindən “Naxçıvanın səsi” radiosuna yaradıcı köməklik göstərilib, radioverilişlərin daha geniş auditoriyaya çatdırılması üçün sosial şəbəkələrdə dəstək verilib. Proqram siyasətinin düzgün qurulması nəticəsində iyun ayında radionun dinlənmə sayında artım dinamikası qorunub saxlanılıb.
Hesabat ayı ərzində sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlili də aparılıb, şura tərəfindən sosial şəbəkələrdə Naxçıvanla bağlı 700-dən çox foto və video, həmçinin xəbər paylaşılıb. Eyni zamanda şura tərəfindən mərkəzi mətbuat orqanlarında, ümumilikdə, 140-dan çox material yerləşdirilib. Həmçinin şuranın təşəbbüsü ilə “Teymurun 14 il işğal edə bilmədiyi qala – Əlincəqala” sərlövhəli məqalə Türkiyənin “Son saat” qəzetinin və qəzetin sonsaat.com.tr saytının oxucularına təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR