05 Avqust 2020, Çərşənbə

Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə sovqat aparmaları şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Xalq-ordu birliyinin əyani sübutu olaraq Culfa Rayon İcra Hakimiyyəti tərəfindən iməciliklər yolu ilə salınmış bağlardan 400 kiloqram ərik, 500 kiloqram alma və 180 kiloqram alça “N” hərbi hissəyə, 110 kiloqram ərik, 170 kiloqram alma və 40 kiloqram alça yığılaraq sərhəd zastavasına təhvil verilib. Ümumilikdə, hərbçilərimizə tədarük olunmuş 1400 kiloqram meyvə sovqat aparılıb.

Bununla bağlı keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elmar Həsənov çıxış edərək bildirib ki, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. Azərbaycan əsgəri də fəxr edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanıb.
Zabit Vüsal İsgəndərov, əsgər Nicat Məmmədov göstərilən diqqət və qayğıya görə hərbi hissənin şəxsi heyəti adından öz minnətdarlıqlarını bildiriblər.

Alim AĞAYEV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR