18 Yanvar 2019, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvana enərkən gözəl mənzərə ilə qarşılaşdım! Nuhun gəmisini zədələmiş dağ silsilələri ilə birləşən İlandağ gözlərimizi və qəlbimizi sevindirir. Bakıdan Naxçıvana təyyarə ilə səfər edən kəs, gərək təyyarədə pəncərənin qırağında əyləşsin və təyyarə enərkən qətiyyən yatmasın! Enişdən bir neçə dəqiqə sonra biz balaca bir hava limanını tərk edirik və 15 dəqiqə dolmadan şəhərin mərkəzində yerləşən mehmanxanaya yerləşirik. Bizim Naxçıvan, daha dəqiq desək, Azərbaycanın muxtar respublikası haqqında ilk təəssüratımız olduqca müsbətdir: küçələr və binalar qərb şəhərini xatırladır. Müxtəlif tikililər, şübhəsiz, yenə də Azərbaycanın keçmişinin şahididir. Naxçıvan insanı əsəbiləşdirən avtomobil siqnalları, tələsən avtomobillər və avtomobil xaosundan uzaqdır. Eləcə də hara baxsaq, nə tullantı, nə də həddindən artıq sıx olan evlər görürük. Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?

Həsən ilə səyahət

“NATİG” MMC-nin Tərcümə və Turizm Mərkəzinin işçisi Həsən ilə günün ikinci yarısı və hər iki sonrakı gün Azərbaycanın ayrılmaz hissəsini kəşf edirik. Turistlər tərəfindən hələ az görülmüş bu xəzinə, landşaft, təbiət vurğunu və fotoqraflar üçün bir arzudur. O kəs ki, avaralıq və əyləncə axtarır, yaxşı olar ki, başqa qərara gəlsin. Bələdçimiz və sürücümüz Həsən bizə ən vacib abidələri, həmçinin Nuh peyğəmbərin məqbərəsini və əzəmətli məscidləri göstərir. Eləcə də duz mədənindəki sanatoriya bizi heyrətləndirir. Tək şəxs və ya bütöv ailə burada bir, ya da bir neçə gecə keçirir və səhərlər isə evlərinə qayıdırlar. Duzla zəngin şaxtadakı hava astma və bir sıra tənəffüs yolları xəstəliklərinə qarşı yaxşı nəticə verir. Böyük məmnuniyyətlə mən şəxsən burada bir gecə keçirmək istərdim.

Ecazkar təbiət

Naxçıvan təbiətinin təklif etdikləri sanki bütün insan əli ilə yaradılan tikililəri və zənginlikləri geridə qoyur. Qum təpələrinin gözəllikləri ilə rəqabət aparan gilli təpələr və təkrarolunmaz rəng oyunu ilə lovğalanan dağ silsilələri, aydın göllər, landşaft arası ilə qıvrılan çaylar bizi hər dəqiqə şəkil çəkməyə “vadar edir”. Ecazkar dağ landşaftları arası ilə Naxçıvanın cənub-şərqindəki Ordubada səfərimiz yaddaqalan oldu. Fotokameram rahatlıq tapmır. Naxçıvanda az müddət qalmağımız oradakı mənfi hal idi. Biz burada məmnuniyyətlə də artıq qalardıq.
Mənim qeydlərim: İstanbuldan Naxçıvana birbaşa gəlin və səyahətinizi yerli Tərcümə və Turizm Mərkəzi olan “NATİG” MMC ilə planlaşdırın. Və...mütləq bir neçə gün üçün planlaşdırın.

Nicoletta Hermann
İsveçrə - www.nicolettas-welt.ch

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3609338
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
924
72192
86478
132580
3609338

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter