15 Avqust 2020, Şənbə

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına ciddi ziyan dəyib.

Düşmənin iriçaplı minomyotlardan və toplardan açdığı atəş nəticəsində Tovuz rayonunun Dondar Quşçu kəndində 1 fərdi evə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Belə ki, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi evin üzərinə düşən mərmi evi yararsız vəziyyətə salıb.

Bundan başqa, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə də ciddi ziyan dəyib.

Xatırladaq ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR