19 Sentyabr 2020, Şənbə

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

Təlimin ssenarisinə əsasən birləşmə və tabor qərargahları ilə hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, ərazidə tapşırıqların dəqiqləşdirilməsi, birgə danışıq cədvəllərinin işlənilib hazırlanması kimi tədbirlər həyata keçirilir.

Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə fəaliyyət zamanı idarəetmənin və rabitə əlaqəsinin təşkili üzrə fəaliyyətlər yerinə yetirilir. Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması ilə bağlı verilmiş qərar və tapşırıqlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində icra olunur.

Nəriman NƏCƏFOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR