19 Sentyabr 2020, Şənbə

Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 12-də daha 279 nəfər Azərbaycan vətəndaşının ölkəmizə təxliyəsini həyata keçirib.

Təxliyə olunanların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşı olan azərbaycanlıdır.

Həmin şəxslər avqustun 11-də Tbilisidəki laboratoriyaların birində koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra onlar üçün ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar.

Qeyd edək ki, Azərbaycan səfirliyi pandemiya dövründə Gürcüstan vasitəsilə 1500-ə yaxın azərbaycanlını ölkəmizə təxliyə edib.

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR