30 Oktyabr 2020, Cümə

Xəbər verdiyimiz kimi cari ildə Kəngərli rayonunun Xıncab, Təzəkənd, Böyükdüz, Qarabağlar və Yurdçu kəndlərində, ümumilikdə, 31 hektar sahədə tütün əkilib. Əkinlər “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti və fermerlər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, sahələrdə əkin üçün “İzmir” və “Virciniya” tütün sortlarından istifadə olunub. Şırım üsulu ilə əkilən tütünə vaxtlı-vaxtında aqrotexniki qaydalara uyğun qulluq göstərilib, nəticədə yüksək məhsuldarlığa nail olunub. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi isə burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Bu tədbirlər həmin yaşayış məntəqələrinin əhalisinin məşğulluğunun təmin edilməsinə də öz müsbət təsirini göstərir.

          Hazırda tütün sahələrində qırım işi davam edir. Bu günədək “Virciniya” tütün sortundan 85 min 141 kiloqram, “İzmir” sortundan isə 6 min 119 kiloqram olmaqla, ümumilikdə 91 ton 260 kiloqram yaş tütün götürülüb. Sahələrdən tədarük olunan tütün Tütünyetişdirmə Təsərrüfatındakı anbarlara gətirilir, düzülərək tütünqurutma yerində qurudulur.

 

Babək İSMAYILOV

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR