01 Noyabr 2020, Bazar

Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verir. Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 58 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
Bu məqsədlə 935 kiloqram yuyucu toz, 173 kiloqram təmizləyici vasitə, 207 təmizləyici sprey və tablet, 76 şampun, 45 duş jeli, 232 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 144 kiloqram noxud ləpəsi, 55 kiloqram qida məhsulu, 50 kiloqram kərə yağı, 20 kiloqram düyü, 20 kiloqram şəkər tozu, 17 kiloqram duz, 16 kiloqram qənd, 391 közərmə lampası, 60 kiloqram boya, 42 avtomobil şini, 15 kiloqram parça, 13 qaz cihazı, 6 adda 14 ədəd digər mallar “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 470 kiloqram yuyucu toz, 85 kiloqram təmizləyici vasitə, 98 təmizləyici sprey və tablet, 38 şampun, 22 duş jeli, 116 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 72 kiloqram noxud ləpəsi, 25 kiloqram kərə yağı, 25 kiloqram qida məhsulu, 12 kiloqram düyü, 10 kiloqram şəkər tozu, 8 kiloqram qənd, 8 kiloqram duz, 28 kiloqram boya, 6 qaz cihazı,1 duxovka, 200 kiloqram buğda və digər mallardan ibarət olub.
146 kiloqram yuyucu toz, 28 kiloqram təmizləyici vasitə, 39 təmizləyici sprey və tablet, 13 şampun, 8 duş jeli, 39 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 30 kiloqram kartof, 24 kiloqram noxud ləpəsi, 11 kiloqram kərə yağı, 13 kiloqram qida məhsulu, 13 kiloqram boya, 3 qaz cihazı və digər mallar Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına, 30 ov gülləsi patronu, 7 elektroşok, 7 gözyaşardıcı qaz, 4 beşbarmaq, 2 ov bıçağı, 1 qaz tapançası mərmisi, 1 radar detektoru, 1 dəyənək, 1 balta Daxili İşlər Nazirliyinə, 1 dron Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR