22 Oktyabr 2020, Cümə axşamı

Türk Turizm Akademikləri Dərnəyi (TUADER) tərəfindən Türkiyənin qabaqcıl universitetlərinin dəstəyi, dünya miqyasında tanınmış turizm alimləri ilə birlikdə təşkil olunmuş ”Daha yaxşı dünya üçün turizm” adlı beynəlxalq konfransın 2-5 sentyabr tarixlərdə onlayn olaraq keçirilməsi nəzərdə tutulub. Konfransın keçirilməsində məqsəd dünya ölkələrində turizmin inkişafının qiymətləndirilməsi, pandemiya dövründə turizm sektorunun dəyərləndirilməsi, turizm məhsullarının markalanmasına təsir edən faktorlar və digər qlobal problemlərin müzakirə olunmasıdır.

Konfransın tərtib olunmuş proqramına əsasən ilk günün bölmə iclasında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Azərbaycan turizm sənayesinin qiymətləndirilməsi” mövzusunda çıxış edib. Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın əsrarəngiz təbiəti, qədim tarixi-mədəniyyət abidələri və folklor nümunələri, turizm məhsulları slaydlar vasitəsilə nümayiş etdirilib, ölkəmizin turizm sənayesinin mövcud vəziyyəti və onun inkişafına təsir edən amillər diaqramlar əsasında təhlil olunaraq qiymətləndirilib. Qeyd edilib ki, 2019-cu ildə turizm sənayesinin inkişafında əvvəlki illərə nisbətən bütün amillər üzrə artım müşahidə olunsa da, inkişaf etmiş ölkələrdən Azərbaycana gələn turistlərin sayının artırılmsı üçün müvafiq tədbirlərin görülməsinə ehtiyac vardır. Vurğulanıb ki, ölkəmizə üz tutan turistlərin əsasını Rusiya Federasiyası vətəndaşları təşkil etdiyi halda, göndərilən turistlərin sayında Türkiyə Cümhuriyyəti ilk sırada yer alır. Onu da qeyd edək ki, muxtar respublikanın əhəmiyyətli turistik obyektlərindən biri olan Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumat konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Sonda dinləyicilərin sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR