20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün qurulması istiqamətində tədbirləri avqust ayında da davam etdirmişdir.
Ötən ay 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud şəxslər haqqında hazırlanan videoçarxlar nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılmış, Uzunoba gölü və Ağbulaq kəndi ətrafında təmizlik aksiyaları təşkil olunmuş, gənclər arasında “Xəmsə” milli intellektual oyunu, X-XI sinif şagirdləri arasında “Naxçıvan abidələr diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, “Kim? Nə? Hara?” intellektual oyununun televiziya çəkilişi təşkil edilmiş, tədbirlərdə fəal iştirak edən bir qrup gənc mükafatlandırılmışdır.

Gənc yazıçı Aynur Oruclunun “Mən və siz” kitabının onlayn təqdimatı keçirilmiş, “Könüllü jurnalist” layihəsində iştirak edəcək gənclərin seçimi aparılmışdır. Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxslərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur” adlı videoçarxlar hazırlanmış, nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdır.
Beynəlxalq Gənclər Günü münasibətilə tədbirlər ay ərzində davam etdirilmiş, gənclər arasında interaktiv tir və stolüstü tennis, gənc müəllimlər arasında şahmat, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında dart idman növü üzrə muxtar respublika birincilikləri keçirilmişdir. Həmçinin Culfa rayon “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində spelio (mağara) turizm idman yürüşü, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər və Babək rayon komandaları arasında basketbol, Şahbuz və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşləri təşkil olunmuşdur. Atıcılıq Federasiyasının idman klubları arasında atıcılığın stend, gənclər arasında tir növü üzrə muxtar respublika birincilikləri, şahmat üzrə tempo turnir və Naxçıvan çimərlik futbolu çempionatının oyunları təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR