29 Oktyabr 2020, Cümə axşamı

Dünən  Naxçıvan şəhərindəpandemiyaya qarşı növbəti profilaktik tədbirlər həyata keçirilib. Naxçıvan şəhərinin əsas küçə və yolları  Heydər Əliyev və Atatürk prospektləri, Əliabad qəsəbəsinin əsas yolları, Çənlibel, Xətai, Atabəylər, Əlincə və Babək məhəllələrinin, Əziz Əliyev, Azərbaycan, Pişəvəri, İstiqlal, Nizami, İdris Məmmədov, Cəlil Məmmədquluzadə, İslam Səfərli və Əliqulu Qəmküsar küçələrinin əsas yolları döngələri və səkilər, ali, orta ixtisas, ümumtəhsil müəssisələri iaşə obyektləri daxil olmaqla ümümulikdə, 2 mln 100 min m2 sahə dezinfeksiya olunub.

Dezinfeksiya tədbirlərinə 5 ədəd xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, Dövlət Baytarlıq Xidmətinin 2 xüsusi təyinatlı dezinfeksiya avtomobili və ümumilikdə, 39 nəfər şəxsi heyət cəlb edilib.

Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla 33 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi 0,5 %-li formalin məhlulu ilə dezinfeksiya olunub.

Bu tədbirlər çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.

 

 

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR