25 Oktyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə və bölmələrinin vakant ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin andiçmə mərasimi olub.

Mərasimi Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsi də yüksək diqqət və qayğı ilə əhatə olunub. Ədliyyə sistemində müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizmi formalaşıb. Qeyd edilib ki, ədliyyə orqanlarına qulluğa qəbul aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilib.
Sonra gənc ədliyyə qulluqçuları çıxış edərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Təyinat alan əməkdaşların əmrləri elan olunub, gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içib, andın mətnini imzalayıblar.
Sonda nazir icra məmurlarının vəzifələrini diqqətə çatdırıb. Vurğulanıb ki, ədliyyə qulluqçuları səlahiyyətlərini icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, vəzifələrini böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidirlər. Ədliyyə qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR