06 Dekabr 2020, Bazar

Əgər beynəlxalq ictimaiyyət nəsə etmək istəyirsə, o zaman Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxarsın.

Bu sözləri İtaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italyan həmkarı Luici Di Mayo ilə birgə mətbuat konfransında söyləyib. Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının Ermənistanı cəsarətləndirdiyini və hücumlara ruhlandırdığını bildirən M. Çavuşoğlu bu dövlətin həmçinin işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə başqa ölkələrdən gələn erməniləri yerləşdirmək istiqamətində də səylər göstərdiyini diqqətə çatdırıb.

Çavuşoğlu vəziyyətin daha belə davam edə bilməyəcəyini və problemin kökündən həll olunmasının vacibliyini vurğulayaraq, bunun üçün beynəlxalq ictimaiyyətin Ermənistanı dərhal Azərbaycan torpaqlarından geri çəkməli olduğunu bildirib.

Nazir, həmçinin vurğulayıb ki, Türkiyə dövləti bu istiqamətdə bütün səyləri dəstəkləyəcək. Bu gün Azərbaycanın ərazilərini işğaldan azad edilməsinə çalışdığını söyləyən Çavuşoğlu ölkəmizin hazırda öz torpaqlarında terrora qarşı mübarizə apardığını, bunun üçün yetərincə güc və qüdrətə sahib olduğunu diqqətə çatdırıb.

Açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə də istinad edən M.Çavuşoğlu deyib: “Azərbaycanın atəşkəs elan edə bilməsi üçün Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır”.

AZƏRTAC

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR